Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yeni il ərəfəsində fürsətcillərin əlinə fürsət düşüb… Bakıda əti bahalaşdırıb çobanları günahkar sayır, Monqolustandan donmuş ət daşıyırlar… Öz yerli qoyunlarımız otlamağa ot, milli çobanlarımız isə otarmağa milli quzu axtarırlar…
Nə isə… Baş Nazir İrakli Kobaxidze, istehlak qiymətlərinin azaldılması məqsədilə paylama şirkətləri və marketlər şəbəkələri ilə fəal əməkdaşlıq edəcəyini bildirib. Tezadlar.az xəbər verir ki, Baş Nazir sözügedən məsələni daha dərindən araşdırmaq üçün Gürcüstan Parlamentindən xüsusi komissiya yaradılmasını xahiş edib. Kobaxidze, istehlak qiymətləri ilə bağlı yayılan video müraciətində qeyd edib ki, hökumət, vətəndaşlara qiymət endirimi təmin etmək məqsədilə müxtəlif ölkələrdə tətbiq olunan anti-monopolist mexanizmlərdən istifadə etməyi nəzərdən keçirəcək. Eyni zamanda, Baş Nazir hüquq-mühafizə orqanlarını da məsələni araşdırmağa çağırıb. O, hüquq-mühafizə orqanlarının, bazarda qanunsuz fəaliyyət göstərən subyektlərə qarşı tədbirlər görməsini tələb edib: Baş Nazir bildirib ki, yüksək qazanc marjaları şəraitində şirkətlər marketlər şəbəkələrini sürətlə genişləndirir. Son 5 ildə şəbəkə marketlərinin sayı iki dəfə artıb və bu, məhsul qiymətlərinə birbaşa təsir edir. Kobaxidze, şəbəkə marketlərinin artan sayı ilə bağlı analizlər aparılmasını və yüksək qiymətlərin səbəblərinin aydınlaşdırılmasını təklif edib. “Şəbəkə marketlərinin sayının artması ilə bağlı xərclər məhsul qiymətlərində əks olunur. Şəbəkə marketlərində tətbiq olunan cashback sistemləri, mağazaya girmə üçün alınan ödənişlər, distribütorlara ödəmələrin gecikdirilməsi və yeni mağazaların açılma xərcləri qiymətlərin artmasına səbəb ola bilər. Həmçinin, bazar iştirakçılarının kartel prinsipinə əsaslanaraq fəaliyyət göstərməsi ilə bağlı şübhələr mövcuddur”, – deyə Baş Nazir əlavə edib. Kobaxidze, bu məsələnin daha ətraflı araşdırılması üçün parlamentin müvafiq komissiya yaratmasını təklif edib.