Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsinə təyin edilib. Bu barədə tezadlar.az-a Baş Prokurorluqdan məlumat verilib. Bundan başqa, Baş prokurorun müvafiq əmrinə əsasən Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.
Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunub və Baş Prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrə əsasən, Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.







