Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Bakı şəhər İH-nin Zülfəli İsmayılov adlı şöbə müdirinin göstərişi ilə Bayırşəhərdə qəsdən sayca 7-ci yanğın törədilib. Tolstoy küçəsi 89-da möhtəşəm tarixi abidədir. İnventar nömrəsi 3749. Bu tarixi mədəniyyət nümunəsi dövlət nəzarətində olmaqla, rəsmi qurumlar tərəfindən qorunur. Bu sözləri Bayırşəhərdəki binaların söküntüsünə etiraz edən hüquq müdafiəçisi Zahidə Əzizova öz sosial media hesabında paylaşıb. Sitat: “Bayırşəhər M.Muxtarov küçəsi ev 53 binanı Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov qəzalı, Bakının görkəminə xələl gətirən bina kimi sakinlərdən alaraq özünə bunker düzəldib. Baxın, axıra kimi baxın. Bina mərkəzi parkın yanında yerləşir. Zülfəli İsmayılov əsabələri ilə bu binada kreslosuna yayınaraq sakinləri təhqir edərək həzz alir. Biz sakinlər isə çox zaman qazsiz, susuz, internetsiz qalır. Səs-küydən yata bilmirik. Toz-dumandan nəfəs ala bilmirik, Yandırılan evlərin tüstüsündən boğuluruq. Axşam düşən kimi qaranlığa qərq olan ərazidə küçəyə çıxmaq hər an təhlükəli olur. Hələ ərazi bilərəkdən zibilxanaya çevrilib bizi hansı amansız xəstəlik yaxalayacaq bunu da bilmirik. Üfunət iyindən evlərin pəncərəsini açmıriq. Zülfəli isə törətdiyi quldurluq əməlindən parka baxaraq gərnəsib dərindən nəfəs alır, gülərək Bayırşəhəri beləcə məhv etdim deyərək ağasına məruzə edir.