Əsas məzmuna keç

BELARUS SİLAHLI QÜVVƏLƏRİNDƏ YOXLAMALARA BAŞLANILIB

Belarus Təhlükəsizlik Şurasının Dövlət Katibliyi prezident Aleksandr Lukaşenkonun göstərişinə əsasən, ölkənin silahlı qüvvələrinin yoxlanılmasına başlayıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.

“Oktyabrın 11-dən Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət Katibliyi prezidentin tapşırığına uyğun olaraq Belarus Silahlı Qüvvələrində yoxlama aparır. Bu, hərtərəfli xarakter daşıyır və tapşırıqları nəzərdə tutulduğu kimi yerinə yetirməyə hazırlığın yoxlanılmasının ən vacib məsələlərini əhatə edir”, – Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, baxış zamanı hərbi hissə və bölmələr “döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilməsi ilə döyüş hazırlığı, marş, xüsusi təyinatlı ərazilərdə yerləşdirilmə məsələləri”ni işləyib hazırlayacaqlar.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…