BELARUSUN SİLAHLI QÜVVƏLƏRİNİN BAŞ QƏRARGAH RƏİSİ ÖLKƏMİZDƏ SƏFƏRDƏDİR

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Pavel Muraveyko “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 25-də Bakıya gəlib.

Bu barədə Tezadlar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirə olunması məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

R.XUDATQIZI

Xəbəri paylaş