Əsas məzmuna keç

“BENZAVOZ” İMİŞLİDƏ BELƏ AŞDI- FOTO

Bu səhər Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu,

Bəhrəmtəpə qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində yanacaqdaşıyan avtomobilin aşması barədə məlumat daxil olub. Nazirliyin Mətbuat xidmətinin yaydığı məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. Qəza nəticəsində mümkün yanğın-partlayış hadisəsinin qarşısının alınması məqsədilə yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Ehtiyatsızlıq və sürücü diqqətsizliyi bəzən bu vəziyyətə gətirib çıxarır.

Y.Məmmdli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…