Bərdədə yas mərasimində ehsandan zəhərlənənlərin vəziyyəti normallaşır. Həkimlər bildiriblər ki, “23.02.2025-ci il tarixində saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub”.
Tezadlar.az- a TƏBİB-dən belə deyiblər. Sitat: “Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir”.
Ehsan yeyərkən çadırda quraşdırılmış qaz sibasının dəm qazına diqqət edilməməsi bu hala gətirib çıxarıb.
Elçin