Bərdədə həkimlər dayanmış ürəyi özünə belə gətirdilər- İNANILMAZ

Oxunma sayı: 112
Həkimlər Bərdədə pasiyentin həyatını xilas etmək üçün sona qədər mübarizə aparıb. Tezadlar.az TƏBİB-ə istinadla bildirir ki, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasında baş verib. Aqonal vəziyyətdə xəstəxananın Təcili tibbi yardım şöbəsinə çatdırılan 1961-ci il təvəllüdlü şəxsin ürəyinin dayandığı müşahidə edilib. Həyati təhlükəni ortadan qaldırmaq üçün həkimlər dərhal ilkin tibbi yardıma başlayıblar. Təcili tibbi yardım şöbəsinin iki həkimi – Vüsal Rüstəmli və Pərviz Əlizadə növbəli şəkildə fasiləsiz ürək masajı ediblər. Hər keçən dəqiqə həyati təhlükəli olsa da, onlar xəstəni həyata qaytara biliblər.
Təxminən 10 dəqiqədən artıq davam edən bu mübarizə nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa edilib.
Kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti hazırda ağır stabil qiymətləndirilir.
Elbar
Xəbəri paylaş

30 Aprel