Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransanın PSJ klubunun qapıçısı Luka Şevalye karyerasını Türkiyədə davam etdirə bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin məşhur “Lequipe” nəşri məlumat yayıb.
“Beşiktaş” 24 yaşlı futbolçu ilə maraqlanır. İstanbul təmsilçisi fransalı oyunçu üçün qarşı tərəfə təklif göndərməyə hazırlaşır.
Lakin Türkiyə klubunun Şevalyenin keçidi üçün çətinlik çəkəcəyi bildirilib. Çünki qolkiper daha cəlbedici layihəyə üstünlük vermək niyyətindədir.
Xatırladaq ki, Luka Şevalyenin PSJ ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir. O, başa çatan mövsümdə 26 oyunda meydanda olub.