Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Aprel 2026 / 12:59

Bəstələdiyi mahnıları dinləyərək əməliyyatlardan uğurla çıxan bəstəkar

Görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin bu gün anım günüdür.

Tezadlar.az xəbər verir ki, bəstəkarın oğlu, Əməkdar incəsənət xadimi, professor Nazim Mirişli “Xəzər Axşamı” verilişinə müsahibəsində maraqlı xatirəsini bölüşüb. Bəstəkar bildirib ki, atası səkkiz dəfə öz mahnılarını dinləyərək əməliyyat olunub:

“Atam səkkiz dəfə əməliyyat olunmuşdu. Şəfqət bacıları yutubdan onun mahnılarını tapıb, sıra ilə səsləndirmişdilər. Atam musiqisini dinləyə-dinləyə onu əməliyyat edirdilər. Əməliyyatdan çıxanda dedi ki, mən belə şey eşitməmişdim ki, öz musiqilərinin sədası altında kimisə əməliyyat etsinlər. Belə bir şey var, klassik musiqi bir terapiya sayılır. Onunla xaricdə əməliyyat aparırlar. Amma atamı öz mahnıları ilə əməliyyat etdilər. Hiss də etməyib ki, əməliyyat necə başladı və bitdi”.

Qeyd edək ki, bu gün Ramiz Mirişlinin vəfatından 11 il ötür.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!