Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2026 / 11:43

“Beynəlxalq Mədəniyyət Festivalı” BANM-də – FOTOLAR

Bakı Ali Neft Məktəbində möhtəşəm “Beynəlxalq Mədəniyyət Festivalı” keçirdik.
Festivalda 24 ölkəni təmsil edən tələbələr milli musiqi, rəqs, geyim və mətbəx nümunələri ilə öz mədəniyyətlərini təqdim etdilər.
Bu barədə BANM-nin rektoru Elmar Qasımovun sosial mediadakı paylaşımda bildirilir.
“Bu fevtivalda BANM-də formalaşan multikultural mühitin bir daha şahidi olduq. Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika İdarəsinin rəisi Elməddin Mehdiyevə və Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Simuzər Feyzullayevaya dəyərli fikirlərinə görə təşəkkür edirəm.
Fərqli mədəniyyətləri bir araya gətirən tələbələrimizə və tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”, -deyə rektor qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!