Əsas məzmuna keç

Binəqədi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi

Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar təyin olunub.

Tezadlar.az xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Musayev Şahin Möhtərəm oğlu baş memar vəzifəsinə təyin olunub.

O, eyni zamanda həm Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, həm də şöbənin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri vəzifələrini də icra edəcək.

Xatırladaq ki, Ş.Musayev yeni struktur dəyişikliyindən əvvəl ləğv olunmuş Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar) olub. O, II dərəcəli dövlət qulluqçusudur.

Ş.Musayev ötən ilin avqustun 15-də 65 illik yubileyi münasibətilə RİH başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…