Əsas məzmuna keç

“Bir gənci narkotikdən uzaq saxlamaq – bir ailəni, bir gələcəyi qorumaq deməkdir”

 Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 saylı tam orta məktəbində “Narkotikə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tezadlar.az DİN-nin mMətbuat Xidmətinə istinadla bildirir ki, tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayon prokuroru, baş ədliyyə müşaviri Şahin İmanov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. RPŞ-nin rəisi, polis polkovniki Məhəmməd Əhmədbəyli çıxışında vurğulayıb ki, narkotiklərlə mübarizə yalnız hüquqi deyil, həm də mənəvi məsələdir: “Bir gənci narkotikdən uzaq saxlamaq – bir ailəni, bir gələcəyi qorumaq deməkdir.”
Rəsmilər gəncləri sağlam həyat tərzinə sadiq qalmağa, zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Tədbirin sonunda şagirdlərə maarifləndirici materiallar təqdim olunub, narkotiklərin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər barədə videoçarx nümayiş etdirilib.
Rövşanə
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…