Əsas məzmuna keç

Bişkekdə 5,1 maqnitudalı zəlzələ baş verdi

Qırğızıstanın paytaxtı Bişkekdə zəlzələ baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutundan bildirilib.

Yeraltı təkanlar şəhərin bütün ərazilərində hiss edilib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 5,1 təşkil edib, episentri Qırğızıstan-Özbəkistan sərhədində, təxminən 10 km dərinlikdə yerləşib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…