Eşitdim ki, uzaq İsveçdə yaşayan 1995-ci ildən Müsavat Partiyasının Məclis üzvü və Başqan müşaviri vəzifələrində çalışmış Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Respublikasının sabiq Kənd Təsərüfatı naziri Tofiq Hüseynli ağır xəstədir. Şəfalar diləyirəm!
Qara Tofiqin Vətən torpaqlarının müdafiəsi uğrunda göstərdiyi əmək danılmazdır.
Xatırladım ki, Qara Tofiq o şəxsdir ki, 31 dekabr 1991-ci ildə Tovuz rayonu Ağdam kəndində Vətən üçün mühüm olan sərhəd məntəqəsinin açılışını etmiş və müstəqil Azərbaycanın üçrəngli bayrağını dalğalandırıb.
Qara Tofiq o şəxsdir ki, Azərbaycanda ilk özünümüdafiə Taborunun komandiri olub.
Bundan başqa Qara Tofiq o şəxsdir ki, 1989-cu ildə Genişlənən Xalq Hərəkatına qoşularaq Tovuzda AXC şöbəsinin təşkilatçılarından və liderlərindən olub. 1990-cı il yanvar ayının 20-də Kommunist partiyasının üzvlüyündən imtina edib.
Qara Tofiq mhəm də o şəxsdir ki, 1992-ci il may ayında Şəmkir rayon İcra Hakimiyyətinin başçısı təyin olunub və həmin il Türk dünyasında bir ilk olan “Bozqurd” abidəsinin açılışını edib.1993-cü il martın 4-də Azərbaycan Respublikasının Kənd Təsərüfatı naziri və elə həmin ilin iyununda isə Qərb bölgəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub.
Haqsızlıqlarla qarşılaşan Qara Tofiq 1994-cü ilin martın 25-də saxta ittihamla həbs də olunub və 1995-ci ilin yanvarın 18-dək həbsxanada yatıb.
Mənim onunla ilk görüşüm onun həbs olunduğu, məhkəməsi olduğu günlərə təsadüf edir. Qeyd edim ki, Qara Tofiq bütün hakimiyyətlər dövründə hörmətlə qarşılanıb. Bir sözlə Avtoritet idi.
Bir dəfə işsiz idim. İcra Hakimiyyətinə gedərək başçının qəbuluna düşmüşdüm. Müavinlərdən birinin Tovuzdan olduğunu biləndə ona Qara Tofiqi tanıdğımı və yalandan ona Tofiqin salamını çatdırmağımı Tofiqin xahiş etdiyini dedim.
Ertəsi gün mən işə düzəldim !. Günlərin birində bir toy şənliyində utana utana bunu etdiyimi Qara Tofiqə dedim…Onun mənə cavabı belə oldu:
-Əcəb etmisən! Həmişə də mənim adımdan istifadə edə bilərsən və hamıya da deyirəm ki, mənim adımdan hər kəs bacardıqları qədər istifadə etsin! Bilin ki, hamımız bir birimizə borcluyuq!
Bu sözləri ancaq Qara Tofiq deyə bilərdi!
sözardı: Azərbaycanda ilk dəfə Boz Qurd heykəlinin açılışı 22 dekabr 1992ci ildə elçibəy hakimiyyəti dövründə olub.
Təşkilatçı da o dövrkü Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Tofiq Hüseynli idi. Abidə heykəltaraşlar Azad Əliyev və Sahib Quliyev tərəfindən hazırlanmışdı. Lakin təəssüf ki, heykəl 4 iyun qiyamı baş verərkən Surətin qiyamçıları tərəfindən dağıdılmışdı.
Bir daha Tofiq bəyə tez sağalmasını arzulayıram!
Gəlin, əsl bu günkü həmrəyliyimizi ona edilən arzu və dualarımızla bildirək: Bayramların mübarək!