BAKIDA 18 MƏKTƏBLİNİN HALI NƏDƏN PİSLƏŞİB?

Aprelin 18-də Bakıdakı 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilib…

ƏRDOĞANDAN KILIÇDAROĞLUNA TÖVSİYƏ: GET QARABAĞA…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğluna hakimiyyətin imperializmlə necə mübarizə apardığını öyrənmək istədiyi halda, Qarabağın işğaldan azad edilən ərazilərini görməyi tövsiyə edib.

YUMURTA NİYƏ YUYULMAMALIDIR?

Süfrənin əvəzolunmaz dadı olan yumurta haqqında bilmədiyimiz çox şey var. Bunlardan biri də yumurtanın yuyulub-yuyulmamasıdır. Bu barədə təfərrüatlar…

AZƏRBAYCANDA ƏT VƏ SÜD İSTEHSALI ARTIB

TEZADLAR.AZ xəbər verir ki, bu ilin yanvar-mart aylarında ölkədə diri çəkidə 138,3 min ton ət, 501,4 min ton süd, 543,5 milyon ədəd yumurta və 94,0 min ton tərəvəz istehsal olunub.

İÇMƏLİ SU İLƏ BAĞLI YENİ STANDART

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 929:2023 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartı qəbul edilib.

ABŞ “F-16″LARIN TÜRKİYƏYƏ SATIŞINI TƏSDİQLƏDİ

Amerika Birləşmiş Ştatları Dövlət Departamenti ”F-16” döyüş təyyarələrinin rabitə sistemi olan “Link-16” taktiki məlumat bağlantısı şəbəkəsinin modernizasiya dəstlərinin Türkiyəyə satışını təsdiqləyib.

UKRAYNADA TAM SƏFƏRBƏRLİK ELAN ETMƏK MÜMKÜNDÜRMÜ?

Bu yaxınlarda “Washington Post” Pentaqonun “sızdırılmış” “məxfi sənədləri” əsasında Ukraynanın müharibədəki çətin vəziyyətə görə “tam səfərbərlik elan etmək” məcburiyyətində qalacağını bildirən məqalə dərc edib.

ABŞ-IN DÖVLƏT BORCLARI ARTACAQ

Beynəlxalq Valyuta Fondu (BVF) Maliyyə Monitorinqi hesabatında bəyan edib ki, ABŞ-də dövlət borclarının artması yaxın illərdə də davam edəcək

ÖZƏL TİBB MÜƏSSİSƏLƏRİNƏ XƏBƏRDARLIQ OLUNDU

Səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazlarının qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində özəl tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.

REZNİKOV BUNA GÖRƏ ÜZR İSTƏYİB

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı ilə Ukraynadakı münaqişə nəticəsində ölənlərin sayını müqayisə etdiyi üçün üzr istəyib.

XOŞQƏDƏM HƏMKARINA SÖZ ATDI…

Aparıcı Xoşqədəm Hidayətqızı Əməkdar artist İlkin Əhmədov və Rövşanə Ağasəfqızı arasında baş verən qalmaqala münasibət bildirib. 

FİTRƏ VƏ ZƏKATIN PUL ŞƏKLİNDƏ ÇIXARILMASI TÖVSİYƏ OLUNUB

Mübarək Ramazan bayramı İslam dinində özünəməxsus yer tutan bayramlardan biridir. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatı Ramazan ayının son günü verilir. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir.

POLŞA UKRAYNADAN TAXIL İDXALINI DAYANDIRIB

Polşa hökuməti Ukraynadan taxıl idxalını müvəqqəti dayandırır, ölkənin keçmiş baş naziri və hakim Hüquq və Ədalət (HƏ) partiyasının rəhbəri Yaroslav Kaçinski bildirib. Keçmiş Polşa liderini “Reuters” agentliyi sitat gətirir.

MİLLƏT – MİLLƏT OLUR ÖZ HÜNƏRİYLƏ…

“Uşaq yatanda, millət oyaq qalanda böyüyür” deyirlər. Hər millətin millətə çevrilmə yolu təxminən eyni tipli proseslərlə müşayiət olunsa da, özünəməxsusluq ştrixlərini də bu gedişata həkk eləyir. Bir millətin, var olma, özünü təsdiqetmə amili 5 əsasdan yaranır:  Dil birliyi, din birliyi, iqtisadi birlik, ərazi birliyi və mədəni birlik. Bu sadalanan xüsuslar milləti təşkil etdiyi kimi, bunlardan […]

“HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİNİN BÖYÜKLÜYÜ, HƏM DƏ ONUN AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ MÜƏLLİFİ OLMASIDIR”

Məlumdur ki, milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirib. Bu baxımdan, xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdəndir. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya […]

“XİAOMİ” UKRAYNAYA CAVAB VERDİ

“Xiaomi” Ukrayna hakimiyyəti tərəfindən “müharibənin beynəlxalq sponsorları” siyahısına daxil edilməsi ilə bağlı öz mövqeyini bildirib.

“ERMƏNİSTANIN TƏXRİBATLARI VƏ CİNAYƏTLƏRİ CƏZASIZ QALMAMALIDIR”

“Azərbaycan tarixi Zəfərdən dərhal sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Sülh müqaviləsinin Ermənistan üçün qaçılmaz olduğu aydındır. Amma görünən budur ki, himayədarlarının dəstəyi işğalçı ölkəni sülh müqaviləsini imzalamaq əvəzinə hərbi təxribatlar törətməklə bu prosesi uzatmaq barədə düşünməyə daha çox sövq edir.

VÜQAR RƏHİMZADƏ: TÜRKİYƏ DÜNYADA SÖZ VƏ GÜC SAHİBİ OLAN NÜFUZLU DÖVLƏTƏ ÇEVRİLİB

“Bu reallıq inkaredilməzdir ki, Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ikinci ölkələr yoxdur. Dərin tarixi köklərə malik olan bu münasibətlər illər keçdikcə daha da möhkəmlənir. Dünya siyasətinə təsir imkanları getdikcə artan Türkiyə-Azərbaycan birliyi regionda sabitliyin, iqtisadi inkişafın təminatının etibarlı qarantıdır. Son illərdə bu qardaşlığın, dostluğun, müttəfiqliyin bütün sahələrdə daha da uğurlu inkişafından böyük qürur hissi […]

ZAMAN YENİLƏNİR, ŞÜURLAR KÖHNƏ…

Nizami SÜLEYMANOĞLU Sən Allahın sən o Quran, Xəncərləmə bizi İran! İnsan hər hansı bir şey haqqında ardıcıl düşüncələri vərdiş halına gətirəndə o olur. İnsan möcüzə varlıqdır. Cismində ruh daşıyan, bədəni ruhunun miniyi olan bu varlıqda istənilən durumun, sənətin, peşənin, istəyin, hərəkətin, əməlin, niyyətin və s. arzu edilənlərin geni mövcuddur. Hansı işin, sahənin mütəxəssisi, ustası olmaq […]

HƏFTƏBECƏR

“Get hoppan” mahnısı ilə gündəmə gələn, sonra isə soyunmaqla sənətdə bir az da irəli gedən, artıq iki dəfə ərdə olmuş müğənni Mina Hüseyn ümrə ziyarəti zamanı (kiçik həcc ziyarəti) tanış olduğu bəydən “Mtv Maqazin” verilişində danışarkən belə deyib: “Hələ bir aydır tanışıq. Odur ki, ağızdolusu danışa bilmirəm. İnşallah, yaxşı olar, toy haqqında danışmaq hələ tezdir”. […]

ERMƏNİLƏR İTKİN DÜŞMÜŞ HƏRBÇİMİZİ ƏSİR GÖTÜRƏRƏK İŞGƏNCƏ VERİBLƏR – AZƏRBAYCANDA CİNAYƏT İŞİ AÇILDI

Bəzi media və sosial şəbəkə səhifələrində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisindən əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan Respublikası ərazisində əsir düşməsi və ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi, qeyri-insanı rəftara məruz qalmasına dair videogörüntülər yayılıb.

MŞ-DAN JURNALİSTLƏRƏ ÇAĞIRIŞ

“Media subyektləri, jurnalistlər və populyar sosial şəbəkə istifadəçiləri insanların iztirabının, ağır durumlarının əks olunduğu foto və video görüntülərin paylaşılmasına həssas yanaşmalıdırlar. Bu zaman təqdimatın nə dərəcə ictimai əhəmiyyət daşıdığını ciddi şəkildə nəzərə almalıdırlar. Hətta ictimai əhəmiyyət daşıyan hadisələrdə belə, ayrı-ayrı mənəvi detallara diqqət yetirilməsi son dərəcə vacibdir. Xüsusən də uşaqlarla bağlı məqamlara”.

BUĞDA İXRACIMIZ ARTIB

Bu ilin yanvar-mart aylarında Stavropol diyarından Azərbaycana 95 min tondan çox buğda ixrac edilib ki, bu da ümumi tədarükün təxminən 78 faizini təşkil edir.

AZƏRBAYCAN XƏZƏRYANI ÖLKƏLƏR ARASINDA İLKƏ İMZA ATDI

Neftçala rayonunda yerləşən “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı (əvvəlki S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu) investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib.

DURDUĞUN YERDƏ İŞƏ DÜŞ BUDUR…

Deməli, belə: bu səhər “Heydər Əliyev-100” yubileyi çərçivəsində metronun “Elmlər Akademiyası” stansiyasının qarşısındakı foto-atelyedən (B.Vahabzadə küçəsi) portret götürürdüm.

XALQ ARTİSTİ USQ-NƏ SPONSORLUQ İTTİHAMLARINI ŞƏRH ETMƏKDƏN NİYƏ İMTİNA EDİB?

Rusiyanın xalq artisti Liya Axedjakova Ukrayna Silahlı Qüvvələrinə sponsorluq etməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə cavab verib. O vurğulayıb ki, vəkillər ona bu mövzuda açıqlama verməyi qadağan ediblər. Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır. “Vəkil məhkəmədən əvvəl mənə nəsə deməyi qadağan etdi. Məndə hər şey yaxşıdır”, – sənətçi deyib. Qeyd edək ki, […]

DAŞIMA ŞİRKƏTLƏRİ İSTEHLAKÇILARA BELƏ KƏLƏK GƏLİRLƏR

Xarici ölkələrdən daşıma xidmətini həyata keçirən “Mover” MMC və “Cargo Line” MMC tərəfindən yol verilən qanunsuzluqlar barədə çoxsaylı istehlakçı müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baxılıb.

ERMƏNİSTANIN TƏCAVÜZÜ DAVAM EDİR – 4 HƏRBÇİMİZ YARALANIB

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

QİDA OBYEKTLƏRİ İLƏ BAĞLI YENİ STANDARTLAR

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 928:2023 “Qida obyektlərinin təşkili (planlaşdırılması) və təchizatına dair tələblər” dövlət standartı qəbul edilib.

FEDERASİYA ŞURASI ABŞ PARLAMENTİNİN BU HESABATINI TƏSDİQLƏYİB

Federasiya Şurası çərşənbə günü keçirilən plenar iclasda amerikalı mütəxəssislərin Ukrayna ərazisində bioloji laboratoriyalar yaratması ilə bağlı halların araşdırılması üzrə parlament komissiyasının yekun hesabatını təsdiqləyib. Sənəd komissiyanın il ərzində gördüyü işlər əsasında hazırlanıb.

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ VERGİTUTMA NECƏ HƏYATA KEÇİRİLƏCƏK?

Vergi Məcəlləsinə əlavə edilmiş “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” adlı yeni 19-cu fəsildə işğaldan azad edilmiş ərazilərin rezidentlərinə verilən vergi azadolmaları, həmin azadolmaların tətbiq edildiyi subyektlərin və əməliyyatların dairəsi ilə bağlı məsələlərin tənzimlənməsi öz əksini tapıb.

3 HƏRBÇİMİZ ŞƏHİD OLDU-RƏSMİ

Azərbaycan Ordusunun üç hərbçisi şəhid olub. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da […]

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN 10 HAKİMİ MƏHKƏMƏYƏ VERİLDİ

Donetsk və Luqansk Xalq Respublikaları, Zaporojye və Xerson vilayətlərinin tərkibinə daxil olması ilə bağlı sənədləri ölkənin əsas qanunlarına uyğun tanıyan Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 10 hakiminə qarşı işin materialları Ukrayna məhkəməsinə təqdim edilib.

MƏDƏNİYYƏT NAZİRLİYİ İŞƏ QƏBUL VƏ YERDƏYİŞMƏ İLƏ BAĞLI MÜSABİQƏ VƏ MÜSAHİBƏLƏR KEÇİRƏCƏK

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 4 aprel 2023-cü il tarixli 3-24/3-1-f-63/2023 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları”na əsasən məktəb və mərkəzlərə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir.