Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör

ERMƏNİSTANIN “BLOKADA ŞOUSU” İFLASA UĞRADI

Ermənistanın daha bir şousu uğursuzluğa düçar oldu. BMT Təhlükəsizlik Şurasının son iclası bir daha təsdiq edir ki, Qafqazda dayanıqlı sülhün əldə edilməsinin yeganə yolu ölkələrin qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır.

FHN: ÖTƏN SUTKA ƏRZİNDƏ 13 NƏFƏR XİLAS EDİLİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 81 halda yanğına çıxış, 11 halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

AMERİKALI AKTYOR ZELENSKİYƏ MÜRACİƏT EDİB

“Clinic” serialında Doktor Koks rolu ilə tanınan amerikalı aktyor Con MakQinli Ukrayna prezidenti Vladimir Zelenskini narkomaniyadan müalicəyə başlamağa və özünə diqqət yetirməyə çağırıb, – o, Instagram-da müraciətlə video yayımlayıb.

ZELENSKİ ALİ BAŞ KOMANDANIN QƏRARGAHINDA İCLAS KEÇİRİB

Ukrayna Prezidenti Vladimir Zelenski öz Telegram kanalında Ali Baş Komandanın qərargahında Ukrayna Silahlı Qüvvələri (USQ) üçün pilotsuz uçuş aparatlarının (PUA) tədarükü, eləcə də hərbi əməliyyatların gedişatını müzakirə etdiyini bildirib.

BU RAYONLARIN QAZ TƏCHİZATINDA MÜVƏQQƏTİ FASİLƏ YARANACAQ

“Balakən 1 və 2 xətt” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində görüləcək təmir işləri ilə əlaqədar avqustun 17-si saat 08:00-dan, “Müşfiqabad” QPS-də aparılacaq təmir işləri və yeni çəkilmiş qaz xəttinin sənaye kollektoruna qoşulması ilə əlaqədar saat 10:00-dan, həmçinin “Müşfiqabad” və “Çaylı-Qobustan” orta təzyiqli qaz kəmərlərində kipliyə sınaq olunması məqsədilə saat 10:30-dan işlər başa çatanadək […]

QANUNSUZ ERMƏNİ SİLAHLI DƏSTƏLƏRİNİN BƏD NİYYƏTİ BAŞ TUTMADI

Avqustun 16-sı saat 19:40 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

MN: KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ DƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞIN NÖVBƏTİ MƏRHƏLƏSİ- SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

AĞDAŞDA 18 NƏFƏR SAXLANILDI

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq etməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

FRANSANIN MƏKRLİ SİYASƏTİ…

Avqustun 15-də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı nəticəsində Fransa tərəfindən verilmiş açıqlama zamanı Azərbaycana qarşı irəli sürülmüş əsassız iddiaları qətiyyətlə rədd edirik.

AZƏRBAYCANIN ƏLEYHİNƏ OLAN PAYLAŞIM SİLİNDI

İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi “X” sosial media platformasında Azərbaycan ərazilərində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma separatçı rejimi dəstəkləyən təxribat xarakterli paylaşımını silib.

İSPANİYANIN AZƏRBAYCANDAKI MÜVƏQQƏTİ İŞLƏR VƏKİLI XİN-Ə ÇAĞIRILDI

İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin “X” sosial media platformasında Azərbaycan ərazilərində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma separatçı rejimi dəstəkləyən təxribat xarakterli paylaşımı ilə əlaqədar, İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.

AVROPADA QAZIN QİYMƏTİ KƏSKİN BAHALAŞIB

Avqustun 15-də keçirilən ticarət zamanı Avropada qazın qiyməti kəskin artıb – Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə sentyabr fyuçerslərinin dəyəri günün əvvəlindən 15 faizdən çox artaraq min kubmetr üçün 450 dolları ötüb.

KÜRDƏMİRDƏ NARKOTİK VASİTƏ SATANLAR SAXLANILDI

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

MAKKARTİ: BAYDEN TRAMPA HÜCUM ETMƏK ÜÇÜN GÜCDƏN İSTİFADƏ EDİR

ABŞ prezidenti Co Bayden əsas siyasi rəqibinə hücum etmək üçün gücdən bir alət kimi istifadə edir. Eyni zamanda, o, qarşıdan gələn seçkilərin nəticələrinə təsir etməyi hədəfləyir, – ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti X sosial şəbəkəsindəki səhifəsində bildirib.

BU MƏHSULUN TƏDARÜK QİYMƏTİ ARTIRILDI

“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC məhsul yığımı ərəfəsində şəkər çuğundurunun fermerlərdən tədarük qiymətinin artırılması barədə qərar qəbul edib.

AZƏRBAYCAN ƏHALİSİNİN SAYI AÇIQLANDI

cemiyyet

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il iyul ayının 1-i vəziyyətinə 10 milyon 151 min 517 nəfər təşkil edib.

LEYSAN YAĞACAQ, DOLU DÜŞƏCƏK

Avqustun 15-18-də əsasən gündüz saatlarında Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

GÖMRÜK SİSTEMİMİZDƏ NƏ BAŞ VERİR?- 20 GÜNƏ 4 RÜŞVƏTLİ HƏBS

Son 20  gün ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin 4 yüksək vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs edilir… Azərbaycan Baş Prokurorluğundan “Təzadlar”a verilən məlumatda bildirilirdi ki, sentyabrın 5- də Gömrük Risklərinin İdarə olunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi vəzifəsində işləyən Anar Aslanovun ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 55 min manat məbləğində […]

FERMERLƏR ETİRAZ AKSİYALARINA BAŞLAYIBLAR

Moldova fermerləri kənd təsərrüfatı məhsullarının ucuzlaşması və xərclərin artması fonunda iflas təhlükəsi səbəbindən yenidən etiraz aksiyaları keçiriblər. “Fermer Gücü” assosiasiyasının rəhbərliyi başda olmaqla yüzə yaxın insan hökumət binası yaxınlığında piket keçirərək aksiyanı ehtiyat tədbiri adlandırıb.

“İKİ OTAQLI DAXMADA ÇOX AĞIR ŞƏRAİTDƏ YAŞAYIRIQ…”

Ağdamdan məcburi köçkün, üç qız atası Tahir Allahverdiyev dövlət başçısından kömək istəyir “Təzadlar”a Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yaşayan Ağdam rayonundan məcburi köçkün Allahverdiyev Tahir Şahmalı oğlunun Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə ünvanlanmış müraciəti daxil olub. Müraciətdə deyilir: “Hörmətli cənab Prezident! İlk növbədə bildirmək istəyirəm ki, Sizi xoşbəxt gələcəyimizin […]

“QAYIT, GƏL!”

İgid döyüşçü Hacı Əkbərin səngər gündəliyi Düşmənə igid tək sinəsin gərən, Hər bir əsgərinin qədrini bilən. Döyüşdə Sənan tək oğul itirən, Vuruşan Əkbəri tap, Qarabağda, Atını dördnala çap, Qarabağda. Akif Hüseynli Qısa arayış: Rüstəmov Əkbər Məhəmməd oğlu 1947-ci ildə Ağdam şəhərində doğulub. Rayon 3 saylı orta məktəbin səkkizinci sinfini bitirib. Daha sonra elektrik montyoru ixtisasına […]

ERMƏNİSTANIN “LAÇIN YOLU” POZUCULUĞU DAVAM EDİR

“Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasına yönəlmiş səylər Ermənistanın düşünülmüş gərginlik və revanşizm siyasətinin qurbanı olub və ciddi problemlərlə üzləşib”.

SABAHIN HAVASI: BAKIDA 42 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ

Avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, Cənub-Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-29° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 758 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60, gündüz 30-40 faiz təşkil edəcək.

KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Avqustun 13-də saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

“Təzadlar”a cavab verirlər…

tezad-oxu-1

-Bizə cavab verirlər- Xatırladaq ki, «Təzadlar» qəzetinin 01 avqust 2023-cü il tarixli sayında dərc olunmuş «Qəbələdə sahibkarlığa qanunsuz müdaxilə» başlıqlı yazı  tədbir görülməsi üçün Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazova göndərilmişdir. Aşağıda həmin yazıya cavab məktublarını təqdim edirik: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi 15.08.2023, №-3 /3-13/2-21312/2023 “Təzadlar” qəzetinin baş […]

ERMƏNİSTANIN MƏNASIZ BMT TŞ ÜMİDİ

Avqustun 11-də Ermənistan BMT Təhlükəsizlik Şurasına “Dağlıq Qarabağın mülki əhalisinin məcburi şəkildə tam blokadaya alınması ilə əlaqədar humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar”

ORDUMUZUN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Avqustun 12-si saat 15:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

FHN: ÖTƏN SUTKA ƏRZİNDƏ 12 NƏFƏR XİLAS EDİLİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 100 halda yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

QANUNSUZ OV EDƏNLƏR CƏZALANDIRILIBLAR

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Şəmkir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

DİN: AXTARIŞDA OLAN 87 NƏFƏR SAXLANILIB

Avqustun 11-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DÖVLƏT KOMİTƏSİ BU SAYTLARA CAVAB VERDİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi yazı müsabiqəsinin qaliblərinə pul mükafatlarının köçürülmədiyi ilə bağlı bəzi saytlarda qərəzli və böhtan xarakterli informasiya yayılıb.

İK USQ-NİN QURU QOŞUNLARININ KOMANDİRİNƏ QİYABİ İTTİHAM İRƏLİ SÜRÜB

Rusiya Federasiyasının İstintaq Komitəsi (İK) Ukrayna Silahlı Qüvvələrinin (USQ) quru qoşunlarının komandanı Sergey Popkoya qarşı qiyabi ittiham irəli sürüb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin törətdiyi cinayətlərin araşdırılması üzrə əməliyyat qərargahının idarə rəisi Aleksandr Bastrıkinin Xerson vilayətinin Geniçesk şəhərində keçirdiyi iclasdan sonra məlum olub.

ALTI YAŞLI QIZ SUDA BOĞULUB

78 telekanalı xəbər verir ki, Sankt-Peterburqun Krasnoselski rayonunda altı yaşlı qız Qorelovski gölündə boğulub.

NİYƏ İNFORMASİYA MÜHARİBƏSİNDƏ ERMƏNİLƏRDƏN GERİ QALIRIQ?

esir-ermeni

Mədəniyyət Nazirliyi maddi-mədəniyyət abidələrinin, muzeylərin, Təhsil Nazirliyi məktəblərin, Səhiyyə Nazirliyi səhiyyə ocaqlarının, Dini Komitə Allahşükür Paşazadənin idarəsi ilə birlikdə məscidlərin və s. ermənilər tərəfindən darmadağın edilməsinə görə niyə Ermənistanı beynəlxalq məhkəmələrə vermir???

PREZİDENT ÇOXUŞAQLI ANANIN SƏSİNƏ SƏS VERDİ

Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə çoxuşaqlı ananın müraciət etməsi ilə əlaqədar olaraq, gənc nəslin yaradıcılıq və intellektual qabiliyyətlərini inkişaf etdirmək üçün nəzərdə tutulmuş obyektin tikilməsi qərara alınıb.

QAZ TƏDARÜKÜ AZALIB – RUSİYADAN

Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü iyulda illik müqayisədə 11,2 faiz azalıb. Bu barədə “Kommersant” “Kpler”in məlumatlarına istinadən xəbər verir.

“ƏN ÇOX ELM VƏ TƏHSİL NAZİRLİYİ MƏHKƏMƏYƏ VERİLİR VƏ BU PROSESLƏRİ UDUZUR…” – TƏHSİL EKSPERTİ

mehkeme

“Elm və Təhsil Nazirliyinin də vəkili köhnə əlaqələrini işə salıb: məhkəmə hakimlərinə cıxış, tapşırıq axtarır, vəzifə səlahiyyətlərindən istifadə edərək proseslərə təsir göstərirlər…” *** 2011-ci ildən etibarən Azərbaycanda dövlət qurumları demək olar tam şəkildə elektronlaşıb. Amma bu istiqamətdə ən bərbad vəziyyətdə olan Elm və Təhsil Nazirliyidir. Bu ayrı bir məsələdir. Bunu təhsil eksperti Kamran Əsədov bildirib.  Ekspert […]

NASA 2025-Cİ İLDƏ AYA İNSAN ENİŞİNİN MÜMKÜNLÜYÜNƏ ŞÜBHƏ EDİR

ABŞ Milli Aerokosmik Agentliyinin (NASA) Artemis 3 missiyası çərçivəsində 2025-ci ilə planlaşdırılan Aya insanlı eniş təxirə salınmalı ola bilər. NASA sözçüsü Jim Free jurnalistlərə bildirib ki, insanları Aya çatdırmaq üçün müəyyən elementlər, xüsusən də ABŞ kosmik şirkəti SpaceX-in hələ də üzərində işlədiyi eniş sistemi olmalıdır.

BAKIDA HAVADA DƏM QAZININ MİQDARI NORMANI ÖTÜB

Ölkə ərazisində atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları, Sumqayıt və Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

SOS! BU ÖLKƏLƏRDƏ KORONAVİRUSA YOLUXMA HALLARI ARTMAQDADIR

“The Economic Times” Ümumdünya Səhiyyə Təşkilatına istinadən yazır ki, daha əvvəl Hindistanda aşkar edilmiş koronavirusun yeni alt variantı Böyük Britaniya və ABŞ-da sürətlə yayılır. Qeyd edilir ki, o, “omikron” ştammından gəlir və qeyri-rəsmi “Eris” adını alıb.

HƏBSDƏ OLAN RASİM MƏMMƏDOV ALİ MƏHKƏMƏNİN SƏDRİNDƏN KÖMƏK İSTƏYİR

HƏBSDƏ OLAN RASİM MƏMMƏDOV ALİ MƏHKƏMƏNİN SƏDRİNDƏN KÖMƏK İSTƏYİR 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəf\indən «Təzadlar»a göndərilən müraciətdə deyilir: «-Azərbaycan Respublikasi Ali Məhkəməsinin sədri cənab İnam Kərimova! Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məmmədov Rasim Adil oğlu tərəfindən müraciət. Çox hörmətli cənab sədr! Mən – Məmmədov Rasim Adil […]