PUTİN ƏRDOĞANA BAŞSAĞLIĞI VERİB

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bazar günü, noyabrın 13-də İstanbulda baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.

RUSİYADA QASIRĞANIN FƏSADLARI ARADAN QALDIRILIR

Rusiyanın bir sıra regionlarında dağıdıcı qasırğanın nəticələri indi aradan qaldırılır. Güclü qasırğa Moskvada park edilmiş avtomobillərin üzərində onlarla ağacı yıxaraq çoxlarına ciddi ziyan vurub.

İSTANBULDA TERRORU TÖRƏDƏN PKK-ÇI HƏBS EDİLDİ

Xəbər verdiyimiz kimi, dünən Türkiyə vaxtı ilə saat 16:00 radələrində Türkiyənin İstanbul şəhərinin mərkəzindəki İstiqlal Meydanında törədilən partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib.

OT KÖKÜ ÜSTƏ BİTƏR…

Bu gün ümumi inkişafınından, təhsilə, məktəbə maraq və bağlılığından, 700 nərərə yaxın ali təhsillisinin, dünya şöhrətli alim Xudu Məmmədov və onun davamçıları olan 42 nəfər (5 nəfəri xanım olmaqla) alimindən, mədəniyyət və incəsənət adamlarından, adlı-sanlı  jurnalistlərindən, şair və yazıçılarından…  xəbərdar olan insanlar tərəfindən Mərzili kəndini ziyalılar kəndi  kimi xarakterizə edirlər.

ŞƏHİD AİLƏLƏRİNƏ QƏNİM KƏSİLƏNİ SİZ DƏ TANIYIN

…Bir il əvvəl 1-ci Qarabağ müharibəsi şəhidi Rəhman Əliyevin oğlu- “Azstone MMC”nin icraçı direktoru Anar Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən şirkətdə qanunsuz yoxlamalar aparıldığını iddia etmişdi.

NAXÇIVANDA ATATÜRKÜN XATİRƏSİ ANILIB

Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.

COVID-19-A YOLUXMA HALLARININ SAYI HƏFTƏ ƏRZİNDƏ 15 FAİZ AZALIB

Dünyada həftə ərzində (31 oktyabr – 6 noyabr) 2,1 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 9 mindən çox insan həmin səbəbdən ölüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülleteninə istinadən, ötən yeddi gün ilə müqayisədə xəstəliyə yoluxma hallarının sayı 15 faiz, ölüm hallarının sayı isə – 10 faiz azalıb.

UKRAYNA HADİSƏLƏRİ BÖYÜK TURAN PROJESİNİN TƏRKİB HİSSƏSİ KİMİ

Cabbar Məmmədov: “Bundan sonra maksimum gücləndirilmiş (“ətlik quzu” kimi bəslənilmiş!) Turanı, İranın daxilində 40 milyondan artıq, Rusiyanın daxilində 100 milyondan artıq, Çinin daxilində 20 milyondan artıq ayağa qalxmış (qaldırılmış)  türk xalqlarına köməyə cəlb etmək, məqsəd əldə olunandan sonra isə, Turanın özünü də daxildən parçalayıb sakitləşdirmək – ABŞ-ın I və II Dünya Müharibələrində sınaqdan keçirdiyi standart […]

NAXÇIVAN: AZƏRBAYCANIN VAHİDLİYİNİN ATRİBUTU KİMİ

“… Konstitusiyada Naxçıvan Muxtar Respublikasının statusu müəyyən edilibdir. Əbədi müəyyən olunubdur – Naxçıvan Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Bu Konstitusiya ümumxalq referendumu vasitəsilə qəbul olunubdur və onu bundan sonra heç kəs poza, dəyişə bilməz.” Heydər Əliyev

PESKOV LUQANSKA SƏFƏR EDİB

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Donbasda olub, orada media və mətbuat xidmətlərinin nümayəndələri üçün treninq keçirib.

MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV QƏTİYYƏTİNİN ZİRVƏSİ – QARABAĞ AZƏRBAYCANDIR!

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik  Lider, qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə qızıl hərflərlə yazdı Vüqar Rəhimzadə,“İki sahil” qəzetinin Baş redaktoru,Əməkdar jurnalist, siyasi elmlər doktoru Bu günlər çoxəsrlik tariximizin ən parlaq səhifələrindən olan Zəfərimizin ikinci ildönümünü sonsuz qürur və fəxarət hissi ilə qeyd edirik. Vətən müharibəsinin davam etdiyi 44 gündə […]

SOBÇAK RUSİYAYA QAYITDI

Oktyabrın sonunda kommersiya direktoru Kirill Suxanova qarşı cinayət işi ilə əlaqədar Litvaya gedən jurnalist və teleaparıcı Kseniya Sobçak Pskov vilayətində sərhədi keçərkən görüntülənib.

LPR-DƏ UTX-NİN 20-DƏN ÇOX ORTAĞI SAXLANILIB

Rusiya xüsusi xidmət orqanları Milli Qvardiyanın iştirakı ilə Luqansk Xalq Respublikasında (LXR) Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ilə əlbir olan 20-dən çox şəxsi saxlayıb.

İRAN NİYƏ ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASINI ƏNGƏLLƏYİR?

 Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması dar mənada Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etmək olmasına baxmayaraq, geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihə hesab olunur.

MONİTORİNQLƏR ZAMANI TORPAQ QANUNVERİCİLİYİNİN POZULMASI HALLARI AŞKARLANIB – 271 PROTOKOL

2020-2022-ci illərdə regionu əhatə edən rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi rayonlarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, dövlət və bələdiyyə mülkiyyətində olan hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqların sənədləşdirilməsində və istifadəçiliyində torpaq qanunvericiliyinin tələbləri pozulur.

UCARDA ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT EDİLİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən Ucar rayonunda Vətən müharibəsi şəhidləri Ələkbərov Vüqar Telman oğlunun, Bəkirov Təbriz Etibar oğlunun və Məmmədov Kənan Niftalı oğlunun ailələri ziyarət olunub.

GÜRCÜSTANDA MİQRANYANA QARŞI ETİRAZ VƏ TƏLƏB

 Xəbər verdiyimiz kimi, “Lazarev klubu”nun İrəvanda keçirilən 5-ci iclasında rusiyalı politoloq Andranik Miqranyanın gürcü xalqını “məxluq” adlandırmasına və təzyiqlərlə bağlı çağırış etməsinə Gürcüstanın azərbaycanlı icması etiraz edib.

ALMANİYADA ZELENSKİ BUNA GÖRƏ QINANDI

Almaniyanın “Der Spiegel” jurnalının oxucuları Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya lideri Vladimir Putinin də orada olacağı təqdirdə G20 sammitində iştirakdan imtina etməsini tənqid ediblər. Bir çox istifadəçi müvafiq yazıya sərt şərhlər yazıb.

BAYDEN: ABŞ TEZLİKLƏ İRANI AZAD EDƏCƏK

ABŞ prezidenti Co Bayden ABŞ-ın tezliklə “İranı azad edəcəyini” deyib və əlavə edib ki, ölkə xalqı “özünü azad edəcək”. ABŞ prezidenti belə bir bəyanatla Kaliforniyada olarkən yerli demokrat namizədə dəstək kampaniyası zamanı çıxış edib.

ŞƏHİD AİLƏSİ ADINDAN SUİ-İSTİFADƏ EDƏNLƏR CƏZALANDIRILMASA…

2016-cı ilin aprel şəhidi Rufis Ağayevin xanımı Mahrux Ağayeva ərinin sağlığında Hövsandakı 73 min manata satdığı 4 otaqlı evi indi şəhid ailəsi statusundan sui- isifadə edərək, məhkəmələrdə göz yaşı tökür, alıcı Nazimət Misirxanovanı 6 il 8 ay yaşadığı  evdən çıxartdırmaq istəyir…

ÜÇ BÜRCÜN HƏYATINDA “AĞ ZOLAQ” BAŞLADI

Xoşbəxtlər siyahısına yalnız bu bürclər daxil edilib Astroloqlar 2022-ci ilin noyabrının üç şanslı Bürcünü açıqlayıblar. Qız, Tərəzi və Oğlaq ən şanslı və çox xoşbəxt olacaqlar. Qız bürcü Qızlar karyera baxımından çox şanslıdırlar. Əmək haqqının artırılması və ya vəzifə dəyişikliyi barədə rəhbərliklə etibarlı şəkildə danışa bilərsiniz. Ulduzlar sizin tərəfinizdə olacaq, yəni bu məsələdə müəyyən irəliləyiş olacaq. […]