366 NƏFƏR REPATRİASİYA EDİLİB

İyunun 17-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib.

AZƏRBAYCAN 1713 ERMƏNİSTAN HƏRBÇİSİNİN QALIQLARINI QAYTARIB

Azərbaycan Respublikası əldə olunmuş tarixi Qələbədən sonra düşmən tapdağından azad olunmuş torpaqlarda tapılmış 1 713 Ermənistan hərbi qulluqçusunun qalıqlarını və müxtəlif vaxtlarda saxlanılmış 159 nəfər erməni əsiri qarşı tərəfə qaytarıb.

“MİR CƏLALIN POETİKASI” KİTABI TƏQDİM EDİLDİ

Bu gün – iyunun 17-də “Azərbaycan” nəşriyyatında tanınmış yazıçı-publisist, tədqiqatçı Allahverdi Eminovun 2019-cu ildə “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış üç cildlik “Mir Cəlalın poetikası” kitabının təqdimatı keçirilib.

17 İYUN – BU GÜN ONLARIN BAYRAMIDIR

İnsan üçün ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur.    Özümüzü narahat hiss etdiyimiz anlarda onlara üz tuturuq. Tibb işçisi peşəsi xeyirxahlıq, peşəkarlıq və mərhəmət tələb edən gündəlik bir işdir. Bu gün tibbi texnologiyalar və bütövlükdə səhiyyə sistemi nə qədər inkişaf etsə də, tibb işçisi daim insan həyatı və sağlamlığının qorunmasında əsas […]

ƏHMƏDLİDƏ YAŞAYIŞ BİNASI YANIR

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi ünvanındakı çoxmərətəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

FHN: ÖTƏN SUTKA ƏRZİNDƏ SƏKKİZ NƏFƏR XİLAS EDİLİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 63 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

XAÇMAZLILARIN YOLSUZLUQ DƏRDİ… – ŞİKAYƏT

Xaçmazın Çaykənarı (keçmiş Alekseyevka) kəndinin sakinləri 30 ildən çoxdur yolların təmiri üçün aidiyyəti üzrə qurumlara müraciət etsələr də, nəticəsi olmayıb: “9 kilometrlik yolun əlində qalmışıq. Qonşu kəndlər olan Qımılqışlağın, Uzunobanın yolları dəfələrlə təmir olunub, bizə çatanda deyirlər, pul yoxdur”.  

BU GüN IX QLOBAL BAKı FORUMU BAşLAYıR

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumu başlayır.

ŞİRVANDA ƏMƏLİYYAT KEÇİRİLDİ: 17 NƏFƏR SAXLANILDI

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, əllərdə saxlanılan odlu silah-sursatların aşkar olunmasına, həmçinin dələduzluq və oğurluq əməllərini törədən şəxslərə qarşı son 15 gün ərzində silsilə əməliyyat tədbirləri həyata keçirilib.

VƏTƏN MÜHARİBƏSİ ƏLİLLƏRİNƏ AVTOMOBİLLƏR TƏQDİM EDİLDİ

Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısının daha bir təzahürü kimi və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 nəfər Vətən müharibəsi əlilinə “Xəzər” markalı minik avtomobili təqdim edilib.

HÜSEYN ARİFİN DOĞUM GÜNÜDÜR

İyirminci əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur. Təsadüfi deyil ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. […]

“TORPAQ” TƏQDİM EDİLDİ

İyunun 14-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə “Salnaməfilm” studiyasında istehsal olunan “Torpaq” sənədli filminin təqdimatı olub.

GÖYÇAY ŞƏHƏR BƏLƏDİYYƏSİNİN SƏDRİNDƏN PREZİDENTƏ ŞİKAYƏT EDİLDİ

Göyçay rayonunun 1-ci Ərəbcəbirli kənd sakini, 1-ci qrup hərbi əlil, hüquq müdafiəçisi Məhəmmədəli Səmədov dövlət başçısına müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Hörmətli cənab Prezident! Bildirirəm ki, Mehdi Səlimzadə rayonumuza icra başçısı təyin olunan vaxtdan bir çox yerli məmurlar onun qanunsuzluqlarına ortaq olmuşdurlar. Özünü yuxarıdan aparan və əbədiyyən Göyçayın sahibi olacağını hesab edən Mehdi Səlimzadə vəzifəsindən azad […]

“QARABAĞ”IN RƏQİBİ BƏLLİ OLDU

2022/2023-cü il mövsümündə futbol üzrə Çempionlar Liqasının birinci təsnifat mərhələsində püşkatma nəticəsində Ağdamın “Qarabağ” klubunun rəqibi Polşanın “Lex” komandası olub.

BAŞ PROKUROR ABŞ RƏSMİSİ İLƏ GÖRÜŞDÜ

İyunun 14-də Azərbaycan Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara MakDonald və ABŞ-ın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger ilə görüşüb.

HƏFTƏBECƏR

Xəbər verilir ki, müğənni sayılan Dəniz Firudinli adlı gənc xanım müğənniyə bir məclisdə bahalı hədiyyə və 5 min manat pul verilib. Verilən daha bir xəbərə görə isə təzəlikcə müğənniyə bahalı villa da hədiyyə edilib. P.S. Yox balam, bu müğənni xanım birdən-birə yaman bərk getməyə başlayıb. Bir övlad anası olarkən 2017-ci ildə ikinci dəfə dünya çempionu […]

PREZİDENT MİNİ FUTBOL QALİBLƏRİMİZİ QƏBUL ETDİ- FOTO

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib. Tezadlar.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Daha ətraflı yazı olacaq. *** Bir maraqlı məlumat deyim: qolların müəlliflərindən biri Mirmehdi Rzayev “Təzadlar”ın əməkdaşı Yasəmən Məmmədlinin bacısı oğludur. O, sonuncu oyunda […]

İKİ DOST AİLƏNİ BİR-BİRİNƏ DÜŞMƏN EDƏN MAŞIN ALVERİ QISQANCLIĞI – III YAZI

Müstəntiq adam öldürməyənin əlinə bıçağı necə “vermək” istəyib? (Əvvəli II yazıda) Beləliklə, cinayət işi hakim Zeynal Ağayev tərəfindən prokurorluğa qaytarılıb. İşin istintaqı həvalə edilib Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, yaxın dostum Mehdi Mirzəyevə.  Ona da tapşırıblar ki, göstər gücünü gör Əhədin əlinə bıçaq […]

TANINMIŞ ZİYALILARDAN DAHA BİRİ ŞİKAYƏTÇİ OLDU – SƏBƏB

Azərbaycan Dövlət Tarix Arxivinin sabiq direktoru Aslan Kənan (Qasımlı) “Təzadlar”a yazır ki… Aşağıda Aslan Kənanın Bakı şəhəri, Nəsimi rayon  Mənzil İstismar İdarəsinin rəisi Nizami Mayılova yazdığı məktubunu təqdim edirik. Oxumağa dəyər: – Cənab Mayılov! Bu yaxınlarda saytların birində “Bakıda ağacın yerində park yeri yaradılmasına İcra Hakimiyyətindən cavab: “İcazə verməmişik”” başlıqlı yazı ilə tanış olanda istər-istəməz Nəsimi […]

Aİ-NİN VƏDİ UZANIR…

  Avropa İttifaqı artıq Ukraynaya  avropa perspektivi vəd edib və indi ölkənin Aİ-yə namizəd statusunun verilməsi üçün müraciətinə baxarkən vədini yerinə yetirməlidir.

İKİ DOST AİLƏNİ BİR-BİRİNƏ DÜŞMƏN EDƏN MAŞIN ALVERİ QISQANCLIĞI – II YAZI

tcili_yar

(Əvvəli I yazıda) …Mərhum Rasif Həbibovun ölümünə Əhədinmi, yoxsa Ramilinmi səbəb olduğunu bilməyən qohumları, xüsusən qadınlar Sumqayıt Şəhər Prokurorluğuna hücum ediblər ki, Rasifi öldürən Əhədin oğlu Ramil deyil, Əhədin özüdür. Bu hücumdan qorxan Sumqayıt şəhər prokuroru Sərdar İmanov istintaqı aparan böyük müstəntiq Faiq Nadirova təcili göstəriş verib ki, Əhədi çağır tut, yoxsa bu qadınlar prokurorluğu […]

“GÜNAHIN KÖLGƏSİ” TƏQDİM OLUNDU

İyunun 11-də Bakı şəhərində yerləşən “Kitabevim.az” kitab satışı və təbliği mərkəzi növbəti maraqlı tədbirlərdən birinə ev sahibliyi etdi.

“SƏHV KODLAŞMAYA GÖRƏ ƏLİLLİYİMİ TƏYİN ETDİRƏ BİLMİRƏM”

“Hospitaldan verilən sənədləri rayonun Mərkəzi Xəstəxanasına təqdim etdim. 2021-ci ilin yanvar ayında sənədlərim sistemə vuruldu, ancaq cavab oktyabr ayının sonlarında gəldi. İmtina cavabında “natamam doldurma” göstərilmişdir. Bununla bağlı araşdırmaya müraciət etdim. Məlum oldu ki, xəstəxanada mənim sənədlərim səhv kodlaşdırılıb. Sistemə vurulan sənəddə xəstəliyim yüngül beyindaxili təzyiq göstərilib”.

HASARLANMIŞ HEYKƏLİN SİRRİ AÇILDI…

 Bir müddətdir ki, 1960-cı ildə heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən hazırlanmış, Bakının Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılmış monumental “Azad Qadın” heykəlinin söküləcəyi barədə söz-söhbət dolaşmaqdadır…

XƏTAİDƏ ƏLİBALTALILAR: CİNAYƏT İŞİ BAŞLANILDI

 «Öz qanunazidd əməlləri ilə ölkəmizdəki ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl mübarizə tədbirləri davam etdirilir».

ŞƏHİDLƏRİN VƏ ŞƏHİD ÖVLADININ DOĞUM GÜNLƏRİ QEYD EDİLİB

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan igidlərimizin və şəhid övladının doğum günləri qeyd edilib.

DİNDARLAR ACLIQ AKSİYASINI DAVAM ETDİRİRLƏR

Həbsxanada aclığın 10-cu günündə “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadənin səhhətində problemlər yaranıb. Əsasən dünəndən bədəninin hərarəti yüksəlib.

BEYLƏQAN SAKİNİ RƏİSİN QANUNSUZ ƏMƏLLƏRİNƏ ETİRAZ ETDİ, İŞDƏN ÇIXARILDI…

“Beyləqan rayonunda “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin 200-dən çox artezian quyusu var. Həmin quyuların sayğaclarındakı rəqəmlər hər ay 2-3 dəfə şişirdilir, bir müddətdən sonra izi itirmək üçün həmin sayğaclar qəsdən yandırılır. Hərbi hissələr var ki, yerləri dəyişdirilib, köhnə hərbi hissələrin sayğacları yoxdur, deyək ki, orda təkcə gözətçi qalır. Sayğac və binada fəaliyyət olmadığı halda,1 şişirdilmiş […]

TOK VURUB ÖLDÜRDÜ- YARDIMLIDA

tcili_yar

İyunun 11-i saat 13 radələrində Yardımlı rayon sakini, 1982-ci il təvəllüdlü Sərhad Sultanovun ölməsi barədə rayon  prokurorluğuna məlumat daxil olmuşdur.

51 MƏKTƏBDƏ KEYFİYYƏT MONİTORİNQİ APARILIB VƏ NƏTİCƏDƏ…

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2022-ci il üçün fəaliyyət planında nəzərdə tutulmuş “Ümumtəhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi” fəaliyyətinin icrası çərçivəsində cari ilin fevral-may aylarında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 51 məktəbdə keyfiyyət monitorinqi aparılıb.

OBRAZLARI İLƏ YADDAŞLARA HƏKK OLUNAN SƏNƏTKAR

Yaddaşlara əbədi həkk olunmaq hər sənətkara nəsib olası xoşbəxtlik deyil. Elə sənətkarlar var ki, onlar bəlkə də ömürlərində bir və ya bir neçə dəfə yaddaqalan obraz yarada bilirlər. Lakin haqqında söhbət açmaq istədiyim Azərbaycanın Xalq artisti Hacıbaba Bağırov isə demək olar ki, yaratdığı bütün obrazlarla yaddaşlara həkk olunub. Onun teatr tariximizdə özünəməxsus yeri var. Bu […]

BU GÜN DİM NÖVBƏTİ İMTAHANLAR KEÇİRİR

İyunun 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirilir. Bu gün, həmçinin buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 8-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq […]

SUMQAYITDA İNTİHAR MƏQSƏDİLƏ ÖZÜNÜ DƏNİZƏ ATAN ŞƏXS XİLAS EDİLİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri, Sumqayıt dənizkənarı bulvarında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, qeyri-çimərlik ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

BAKI SAKİNİNİN BANK HESABINDAN PUL OĞURLANIB

İyunun 9-da Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə Bakı şəhər sakini N.Eyvazovun bank hesabından 383 manat məbləğində pulunun oğurlanması barədə müraciət daxil olub.

BU GÜN HÖKÜMƏ QURBANOVANIN DOĞUM GÜNÜDÜR

Azərbaycan və SSRİ-nin Xalq artisti Hökümə Qurbanovanın bu gün doğum günüdür. İlahi gözəlliyə, zəngin mənəvi aləmə malik aktrisanın yaradıcılığı teatr və kino tariximizdə ayrıca bir mərhələni təşkil edir. Qeyri-adi səhnə temperamentinə malik aktrisa qəhrəmanın daxili aləmini tam şəkildə təqdim etməklə tamaşaçıların qəlbinə və düşüncəsinə hakim kəsilməyə həmişə müvəffəq olub.