Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyul 2026 / 16:09

“BP subpodratçılarının əli ilə investisiyalarının həcmini dəfələrlə şişirdib və…”-PREZİDENTƏ MÜRACİƏT

“Bu şirkət cüni yolla Azərbaycan büdcəsindən 10 milyardlarla dollar pul ələ keçirib və ələ keçirməkdə də davam edir…”

 “Təzadlar” qəzeti redaksiyasına təqdim edilmiş bu yazını dövləti maraqlarımızı nəzərə alaraq ixtisarla təqdim edirik:

“ Azərbaycan Respubllikasının Prezidenti zat-aliləri cənab İlham Əliyevə!

SURƏTİ: Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə!

Çox hörmətli cənab Prezident!

Hörmətli Əli müəllim!

Son illər Azərbaycan iqtisadiyyatında bəzi problemlərin olması hamımıza bəllidir. Bu müraciətimdə mən diqqətinizə çatdırmağı özümə borc bilirəm ki, bu problemlərin ən əsas səbəbkarı Azərbaycanda fəaliyyət göstərən bir sıra Qərb şirkətləridir, belə ki, onlar öz şəxsi maraqlarına görə Azərbaycan dövlətinə qarşı bir-sıra ciddi iqtisadi sabotaj fəaliyyəti həyata keçirirlər:

1) Məlum olduğu kimi, Azərbaycanın neft hasilatı son illərdə BP sektorunda 2 dəfəyə yaxın aşağı düşüb. Tam əminliklə demək mümkündür ki, eynən 2010-2012-ci illərdə olduğu kimi bu dəfə də, BP bunu qəsdən edir və buna 2 sübut mövcuddur: Əvvəla, Azərbaycan son 30 ildə nə qədər neft çıxarıbsa (7 milyard barrel), bir o qədər də çıxarıla bilən neft ehtiyatının yer altında qalması rəsmən təsdiq edilib; İkincisi isə, əgər neft yox idisə, niyə görə BP 2017-ci ildə Azərbaycanla olan Neft Müqavilələrini 2049-cu ilə qədər uzadırdı? Ona görə uzadırdı ki, orada neft olduğunu dəqiq bilirdi, lakin o yataqları məşğul etməklə bizim onları bir başqa neft şirkətləri ilə işləməyimizə yol verməmək, bütün Azərbaycan büdcəsini özündən asılı duruma gətirmək məqsədi güdürdü. Bu süni azaltmadan da, əsas plan – Azərbaycanı bir ölkə olaraq müflis vəziyyətə gətirib, onu öz ziyanla işləyən aktivlərini – ələlxüsus, SOCAR-ı dəyər-dəyməz qiymətə BP-yə satmağa vadar vəziyyətdə qoymaqdır;

2) BP (öz subpodratçılarının əli ilə) indiyə qədər Azərbaycana yatırdığı investisiyaların həcmini dəfələrlə şişirtməklə, Azərbaycan büdcəsindən 10 milyardlarla dollar pul aparıb  və aparmaqda davam edir. Belə ki, qoyulan sərmayələrin həcmi sonda konsorsium üzvləri arasında bölündüyündən və Azərbaycan da konsorsiumda ən böyük pay sahiblərindən biri olduğundan, xərclərin də ən böyük hissəsi onun payından çıxılır (bilməyənlər üçün deyim ki, BP Azərbaycanda yeganə operator olduğundan, bütün xərcləri də o hesablayır, başqa konsorsium üzvlərinin smeta işinə qarışmağa ixtiyarı yoxdur). Azərbaycan tərəfi bu maxinasiyaları ona görə üzə çıxara bilmir ki, BP-nin mühasibatlığını yoxlamaq üçün təyin etdiyi auditlərin özləri BP ilə 100 ildir dünyanın yüzlərlə ölkəsində 10 minlərlə layihədə tərəf-müqbil olmuş, yəni ondan 100 ildir qanorar alan, başqa sözlə desək, BP ilə affilə olunmuş 2-3 ingilis şirkətidir. Lakin onların əlbir şəkildə Azərbaycanı aldatmalarını, hansısa xarici məhkəmə işlərində təsadüfən Azərbaycanla bağlı üzə çıxmış aşağıdakı epizodları aydın sübut edir və  istənilən Süni İntellektə aşağıdakı sorğunu verməklə mənim yazdıqlarımın doğruluğuna hər kəs əmin ola bilər:

“Aşağıdakı mənbələri ətraflı araşdır:

OCCRP: “The Azerbaijan Gas Scandal: How BP Turned a Blind Eye to Corruption in Prize Azerbaijan Gas Project”, 2022;  WSJ / E&E News 2016;  RFE/RL 2019, 2020 (“The Price of Oil” sənədli filmi; SEC & DOJ: [a] “Panalpina World Transport” və “Tidewater Marine” FCPA Hökm və Müqavilələri, 2010; [b] “SAP SE” Sanksiya və Razılaşma Qərarları (Foreign Corrupt Practices Act – FCPA Enforcement), 2024; SFO – Bertling Ltd. və Jasmine Project (2017–2018); AMEC Services Limited (NHMT/OWRPO hesabatı, 2016);_

Bu mənbələr əsasında BP-nin Azərbaycanda həyata keçirdiyi aşağıdakı maliyyə maxinasiyaları barədə ətraflı məlumat ver: Double dipping; Ghost workers; Gold-plating; Overbilling; Kickbacks; inflated contracts; Markup abuse; shell companies; Cost recovery abuse; Procurement fraud; Padded contracts; Nepotism; Misallocation of funds; Transfer pricing manipulation; Consultancy fees abuse”.

***

İstənilən süni intellekt bu sorğuya cavab olaraq BP-nin indiyə qədər hansı layihədə hansı yataqda nələri bəhanə edərək Azərbaycan büdcəsindən on milyardlarla pul oğurlamasını bir-bir sadalayacaq. Bundan sonra bunları üzə çıxarmalı olan həmin ingilis auditlərinə sual verin: Bəs siz niyə bunları üzə çıxarmamısınız indiyə kimi?

Hörmətli cənab Prezident,

Azərbaycan xalqı Sizi çox sevir. Özünü bizə dost göstərən, əslində isə öz şəxsi maraqlarını güdən bir sıra xarici dövlətlər, xalqı süni şəkildə narazı salaraq, hər cür oyunlara əl atırlar. Özünüzü bizim üçün qoruyun!

Dərin hörmət hissi ilə: Nicat Seyidov (İqtisadçı ekspert)”.

Təqdim etdi: “Təzadlar”ın Araşdırma Qrupu

P.S.Qarşı tərəfin əsaslandırılmış mövqeyi olarsa, təqdim etməyə hazırıq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!