Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Böyük Britaniya hökuməti vəsait çatışmazlığı səbəbindən “B61-12” taktiki termonüvə bombaları daşıya bilən “F-35A” qırıcı təyyarələrinin alışını ləğv edə bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
“Nazirlər və yüksək vəzifəli zabitlər həftəsonu bu məsələ üzərində işləyiblər. Hər kəs vəziyyətin çətinliyini başa düşür. Hərbi liderlər (döyüş təyyarəsinin alınmasını – Qeyd) təmin etmək üçün əllərindən gələni edirlər və müxtəlif variantlar təklif edirlər. Bu, artıq hərbi deyil, siyasi məsələdir”, – deyə nəşrin mənbələrindən biri bildirib.
Qəzetin məlumatına görə, Britaniya hökumətinin təyyarələri qəti şəkildə rədd etmək əvəzinə, sadəcə olaraq onların alınmasını təxirə salmaq seçimi də var. Hakimiyyət orqanları yaxın günlərdə açıqlanması gözlənilən müdafiə investisiya planının dərc olunmasından əvvəl yekun qərar vermək niyyətindədirlər.
Qəzet əlavə edib ki, Britaniya müdafiə naziri Con Hili bu məsələ ilə bağlı maliyyə naziri Reyçel Rivz ilə fəal müzakirələr aparır. Böyük Britaniya hökumətinin bahalı hərbi layihələri həyata keçirmək üçün Nəqliyyat Nazirliyi və Energetika Nazirliyi də daxil olmaqla digər nazirliklərin büdcələrini azaldacağı gözlənilir.