Əsas məzmuna keç

Britaniyalı tennisçi Kayl Edmund 30 yaşında karyerasını bitirdi

Britaniyalı tennisçi Kayl Edmund karyerasını başa vurub.

“Tezdlar” Peşəkar Tennis Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda dünya reytinqində 14-cü pillədə qərarlaşan idmançı 30 yaşında bu addımı atıb.

O, son beş ildə əməliyyatların və digər xəsarətlərin ona zərər verdiyini bildirib.

Qeyd edək ki, Kayl Edmund 2018-ci ildə Avstraliya Açıq çempionatında yarımfinala yüksəlib. O, Endi Marreydən sonra bunu bacaran ikinci britaniyalı tennisçi olub. İdmançı 2020-ci ildən sonra üç diz əməliyyatı keçirib və uzun müddət sıradan çıxıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…