Əsas məzmuna keç

BU 13 YOLDA SƏMTİNİZİ DƏYİŞİN- SİYAHI

Bu gün də Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumatdan bəlli olur ki, hazırda yollardakı vəziyyət belədir:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

5. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

9. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

12. “20 Yanvar” dairəsində;

13. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Beləliklə, vaxtınızı itirməməyiniz üçün mümkün qədər alternativ yollardan istifadə etməyiniz məsləhətdir…

Elbar

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…