Professor Famil Mustafayevin Prezident yanında Ali Attestasiya Komissiyasına rəhbər təyin edilməsindən bəri əsassız yerə professor, elmlər doktoru, yaxud fəlsəfə doktoru elmi adlara iddialıların qarşı yetərincə alınmaqdadır. AAK müntəzəm olaraq bu cür halların statistikasını açıqlayır. Amma yaxşı olar ki, elmi ad verilməsindən imtina edilmişlərin adları və imtinaların səbəbləri də elan olunsun!
Beləliklə, 2025-ci ilin I yarısında 84 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. Tezadlar.az xəbər verir ki, bu barədə Prezident yanında Ali Attestasiya Komissiyası məlumat yayıb. Bəlli olur ki, eyni zamanda 18 nəfərə dosent, 3 nəfərə isə professor elmi adının verilməsindən imtina edilib.

