Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

I Qarabağ müharibəsi ilə əlaqədar indiyə qədər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 934 şəxsə məxsus sümük qalıqları qəbul edilib. Tezadlar.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
Bütün bu işlərin həyata keçirilməsində əməkdaşlarımız beynəlxalq təşkilatlarla çoxsaylı görüşlər keçirmiş, dünyanın müxtəlif bölgələrindən təcrübəli mütəxəssislər – məhkəmə-tibb ekspertləri ilə qarşılıqlı elmi-praktik əməkdaşlıq etmiş, kurslar və təlimlərdə iştirak edib”.