15 Avqust 2026 / 13:35

Bu da leysan, narın yağış və şimşək…

Ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən tezadlar.qz-a məlumat verilib.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Astarada 24, Daşkəsən, Gədəbəy, Qusarda 15, Qubada 13, Oğuzda 12, Şahdağda 8, Şəkidə 6, Lənkəranda 5, Naftalanda 4, Mingəçevir, Gəncədə 3, Sarıbaş (Qax), Balakən, Şabran, Goranboyda 2, Naxçıvan, Şahbuz, Tovuz, Şəmkir, Göygöl, Zaqatala, Xaçmaz, Şamaxı, Qobustan, Altıağac, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Lerik, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 19, Culfada isə şərq küləyinin maksimal sürəti 21 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Aran rayonları və Naxçıvan MR-da 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti müşahidə olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!