Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aprelin 20-si təqvimdə bir neçə maraqlı və mühüm hadisə ilə yadda qalır. Bu gün həm əyləncəli, həm də mənəvi əhəmiyyət kəsb edən müxtəlif özəl günlər qeyd edilir:
Dünya Birinə Bənzəmə Günü
Bu günün ən maraqlı və əyləncəli tərəfi “Dünya Birinə Bənzəmə Günü” olmasıdır. İnsanlar bu gündə məşhurlara, dostlarına və ya tanıdıqları şəxslərə bənzəməyə çalışır, onları təqlid edərək sosial şəbəkələrdə əyləncəli paylaşımlar edirlər. Bu gün yaradıcılığı təşviq etmək və sosial bağları gücləndirmək məqsədi daşıyır.
Kutlu Doğum Həftəsinin son günü
Miladi təqvimlə Həzrəti Məhəmmədin (s.ə.s) doğum günü (20 aprel 571) münasibətilə qeyd olunan “Kutlu Doğum Həftəsi” (14-20 aprel) məhz bu gün başa çatır. Bu tarix İslam dünyasında peyğəmbərimizin həyatının və əxlaqının anılması baxımından xüsusi önəm kəsb edir.
Dünya Heyvanları Peyvəndləmə Günü
Aprelin 20-si həm də heyvan sağlamlığına diqqət çəkmək məqsədilə qeyd olunur. Bu günün əsas qayəsi ev heyvanlarının və vəhşi təbiətdəki canlıların müxtəlif xəstəliklərdən qorunması üçün peyvəndləmənin vacibliyi barədə cəmiyyətdə maarifləndirmə yaratmaqdır.
420 (Kenevir) Mədəniyyəti Günü
Xüsusilə ABŞ-da və bəzi qərb ölkələrində bu tarix müəyyən subkulturalar tərəfindən “420 günü” kimi qeyd edilir.
Səbinə Bağırova