Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, bu gün UEFA Çempionlar Liqasında bu gün yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olacaq. Tezadlar.az xəbər verir ki, buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək.
İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində “Atletiko” öz meydanında “Barselona”nı qəbul edəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.
Günün digər görüşündə isə İngiltərənin “Liverpul” klubu PSJ (Fransa) ilə üz-üzə gələcək. Parisdəki ilk oyunda Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
14 aprel
23:00. “Atletiko” (İspaniya) – “Barselona” (İspaniya)
İlk oyun – 2:0
23:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa)
İlk oyun – 0:2
Qeyd edək ki, 1/4 final mərhələsinə sabah yekun vurulacaq.