Əsas məzmuna keç

Bu ölkə ilə əlaqəsi olanların diqqətinə: mayın 9-da mobil internet tam kəsiləcək-SƏBƏB

Ukraynaya cəbhə açan Rusiyanın əhalisi adi sosial qayğılardan da əziyyət çəkir… Belə ki, may ayının 9-da Moskvada mobil internet tamamilə söndürüləcək. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, mayın 9-da Moskvada mobil internetə, o cümlədən veb saytların “ağ siyahısına” girişə və SMS mesajlarına müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Nazirlik evlərdəki internetin və Wi-Fi-nin normal qaydada işləyəcəyini, 7-8 may tarixlərində mobil internetə çıxışı məhdudlaşdırmağı planlaşdırmadıqlarını açıqlayıb.

Odur ki, Rusiya ilə əlaqəsi olanlar bunu indidən diqqətə almalıdır.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…