Əsas məzmuna keç

Bu ölkədə qızların minimum nikah yaşını ləğv edib

Taliban hərəkatı Əfqanıstanda qızlar üçün minimum nikah yaşını ləğv edib.

Tezadlar.az xəbər verir ki, əfqan hüquq müdafiəçisi Horiya Mosadik jurnalistlərə deyib: “Əgər qız uşağı doqquz və ya on yaşında cinsi yetkinliyə çatırsa, yeni qanuna əsasən o, nikaha daxil olmaq üçün qanuni yaşa çatmış hesab olunur”.

Taliblər hakimiyyətə gəlməzdən əvvəl Əfqanıstanda nikah üçün minimum yaş həddi 16 idi. Lakin hazırda bu məhdudiyyət aradan qaldırılıb.

Jurnalistlər həmçinin xatırladırlar ki, islam hüququnun ən böyük və ən qədim məktəblərindən birinə görə cinsi yetkinliyin minimum yaşı doqquz yaş hesab edilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…