Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Son zamanlar elə qərarlar qəbul edilir ki, təəccüblənmək mümkün deyil. Ümumiyyətlə istər milli məclisdə, istərsə də Nazirliklərdə xalqın xeyrinə qərarlar verildiyini görmədim. Ancaq cərimələrin artırılması, qazın, işığın limitlə verilməsini müşahidə edirik.

Son zamanlar isə daha sərtləşdirilmiş bir qərarla xalq üzbə-üz qalıb. Bu qərarı Nazirlər kabineti qəbul edib. Yəni, hər hansı bir abyektə vətəndaş, sahibkar qaz çəkdirmək istədikdə ondan tikintinin çıxarışını tələb edirlər. Bu əslində bir növ vətəndaşın və yaxud sahibkarın xeyrinə olan bir işdir. Hər bir vətəndaş isdər ki, özünə məxsus olan evin və yaxud abyektin çıxarışı olsun. Lakin, gəlin görək bu çıxarışı almaq prosesi nə cür həyata keçirilir. Bildiyiniz kimi bu prosesi həyata keçirmək üçün müxtəlif instansiyalara müraciət etmək lazımdır. Əvvəllər işıq, qaz, su çəkdirmək üçün yerli icra orqanlarından bir arayış təqdim etməklə həll edirdilər. Hazırda bu qərar qəbul edildikdən sonra heç bir qaz çəkilişi həyata keçirilməyib. Nəticədə həm dövlət, həmdə vətəndaş müəyyən çətinliklə üzləşir.
Qiyam Ərşadoğlu