Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Aprel 2026 / 10:50

Budapeşt TİU-nun rektoru Hassan Charaf BANM-ın qonağı olub – FOTOLAR

Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin rektoru Hassan Charafın rəhbərlik etdiyi nümayəndə heyətini Bakı Ali Neft Məktəbində qəbul etməkdən məmnun oldum.
Bunu BANM-ın rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“Qonaqları BANM-in kampusu, müasir laboratoriyaları və infrastrukturu ilə tanış etdik. Görüş zamanı BANM-in sənaye ilə sıx əlaqələr əsasında fəaliyyət göstərən, eyni zamanda tələbəyönümlü ali təhsil müəssisəsi olduğunu diqqətə çatdırdım.
Qeyd etdim ki, tələbələrimizin bir qismi Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində magistratura təhsillərini davam etdiriblər. Görüşdə həm də Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin doktorantura məzunu, Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının Baş müəllimi Aysel Məmmədova da iştirak edib.
Görüş çərçivəsində süni intellekt, birgə tədqiqat və mübadilə proqramları üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik.
İnanıram ki, bu əlaqələr gələcəkdə daha da genişlənərək hər iki ali təhsil müəssisəsi üçün faydalı nəticələr verəcək”, deyə o qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!