BVF Azərbaycanla bağlı inflyasiya proqnozunu açıqlayıb

Oxunma sayı: 612

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiya üzrə yenilənmiş məlumatları, o cümlədən, 2022-2024-cü illər üzrə yekun qiymətləndirməsini və 2030-cu ilə qədər olan proqnozlarını ictimailəşdirib.

 Tezadlar.az  fondun məlumatına əsasən xəbər verir ki, 2022-ci ildə Azərbaycanda İQİ 14,4 faiz təşkil edib. 2023-cü ildə inflyasiya kəskin şəkildə yavaşlayaraq, 2.1 faizə düşüb.

BVF qiymətləndirməsinə əsasən, 2024-cü ildə istehlak qiymətlərində mülayim – 4.9 faizə qədər artım müşahidə olunub.

Fond, eyni zamanda, 2025-2030-cu illər üzrə orta müddətli proqnozlarını təqdim edib. Proqnozlara əsasən, Azərbaycanda inflyasiya idarə oluna bilən diapazonda qalacaq – 2025-ci ildə – 5,2 faiz, 2026–2030-cu illərdə isə 4 faiz səviyyəsində.

Beləliklə, 2026-cı ildən başlayaraq BVF inflyasiyanın hədəf səviyyəsi çərçivəsində sabit dinamikasını gözləyir.

Xəbəri paylaş

23 May