Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 May 2026 / 18:10

Byelsa Dünya Çempionatından Sonra Uruqvaydan Ayrılır

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa 2026-cı il dünya çempionatından sonra vəzifəsindən ayrılacağını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, 70 yaşlı argentinalı mütəxəssis dünya çempionatı kimi möhtəşəm turnirdə çalışmaq imkanı yaratdığına görə Uruqvay millisinə təşəkkür edib.

Marselo Byelsa Uruqvay yığmasını 2023-cü ilin mayından çalışdırır. Byelsanın rəhbərliyi altında komanda 33 oyun keçirib, bunların 16-da qələbə qazanıb, 10 matçda heç-heçə edib və 7 dəfə məğlub olub.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Uruqvay millisi H qrupunda Səudiyyə Ərəbistanı, Kabo-Verde və İspaniya ilə mübarizə aparacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!