Əsas məzmuna keç

“CƏNUB.AZ” SAYTININ RƏHBƏRİ SAXLANILIB

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycanda fəaliyyət göstərən “cənub. az” saytının rəhbəri saxlanılıb.

DİN-dən  verilən məlumata görə,  “Cənub.az” xəbər portalının rəhbəri Zahir Əmənov Masallı rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazi icra nümayəndəsi İsrafil Əliyevin şikayəti əsasında saxlanılıb. O icra nümayəndəsindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

TEZADLAR.AZ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…