Əsas məzmuna keç

“Canavarlar” yeni müdafiəçisini heyətinə qatdı

“Vulverhempton” AZ-ın müdafiəçisi Devid Meller Volfu transfer edib.

Tezadlar.az-ın məlumatına görə, İngiltərə klubu 23 yaşlı norveçli futbolçu ilə beş illik müqavilə imzalayıb. Müqavilə viza alındıqdan sonra qüvvəyə minəcək.

Məlumata görə, müqavilənin məbləği 12,1 milyon funt sterlinq təşkil edib.

Volfun qolunda canavar döyməsi var.

“Canavarlar” üçün mükəmməl transferdir!

Meller Volf AZ-ın heyətində 92 oyun keçirib, 4 qol vurub, 10 ötürmə edib, 13 sarı və 2 qırmızı vərəqə alıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…