13 Oktyabr 2025 / 21:20

Cəlilabadda iki yaşayış məntəqəsi qazlaşdırılıb

Cəlilabad rayonunun iki yaşayış məntəqəsində qazlaşma işləri yekunlaşıb.

Bu barədə Tezadlar.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Cəlilabad şəhərinin yeni yaşayış massivində və Hacıməmmədli kəndində qazlaşma işləri başa çatıb.

Eləcə də, cari ildə rayonun Mirzəli kəndində qazlaşma işlərinin başlanılması da nəzərdə tutulur.

Ümumilikdə rayon üzrə qazlaşma səviyyəsi 88 %-ə çatıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!