Əsas məzmuna keç

Cəlilabadda minik avtomobili tamamilə yandı

Cəlilabad rayonunda minik avtomobili yanıb.

Tezadlar.az-ın xəbərinə görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Kənd sakini Zaur Gülağa oğlu Ağayevə məxsus “VAZ 2106” markalı avtomobil qəfildən alışıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunmasına baxmayaraq avtomobil tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…