İngiltərənin “Çelsi” komandası UEFA Konfrans Liqasının finalında İspaniya təmsilçisi “Betis”i darmadağın edərək Avropanın üçüncü dərəcəli klub turnirinin qalibi olub. Tezadlar.az İTV- nin canlı efirinə istinadla xəbər verir ki, matç Polşanın Vrotslav şəhərində baş tutub. Qolları Entso Fernandes, Nikolas Cekson, Ceydon Sanço və Moyzes Kaysedo vurub. İspaniya komandasının heyətində isə Abde fərqlənib – 1:4.
Beləliklə, “Çelsi” ilk dəfə Konfrans Liqasının çempionu olub. Daha əvvəl London klubu Çempionlar Liqasını və Avropa Liqasını iki dəfə qazanıb.
Xatırladaq ki, 2023-cü ildə Londonun digər klubu sözügedən turnirin qalibi olmuşdu.







