Əsas məzmuna keç

“Çelsi”nin çalışdırıcısı Mareska ayın məşqçisi oldu

İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı baş məşqçisi açıqlanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Ən yaxşı mütəxəssis adına Entso Mareska (“Çelsi”) layiq görülüb.

“Zadəganlar” ötən ay çempionatda keçirdiyi 4 oyunun üçündə qələbə qazanıb.

Qeyd edək ki, E.Mareska səsvermədə Mikel Arteta (“Arsenal”), Unay Emeri (“Aston Villa”), Xosep Qvardiola (“Mançester Siti”), Fabian Hyürzeler (“Brayton”) və Marko Silvanı (“Fulhem”) qabaqlayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…