Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Fevral 2026 / 05:21

Cenevrədə siyasi danışıqlar dalana dirənib – “Axios”

İrəliləyişin olmaması Moskva nümayəndəsinin mövqeyi ilə bağlıdır

17 fevralda Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında müntəzəm danışıqlar baş tutub. Siyasi qrupun dünən keçirilən iclası dalana dirənib.

Tezadlar.az bildirir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid sosial mediada iki məlumatlı mənbəyə istinadən məlumat verib. Onun sözlərinə görə, irəliləyişin olmaması Moskva nümayəndəsinin mövqeyi ilə bağlıdır.

“İki məlumatlı mənbə mənə Cenevrədə bu gün keçirilən siyasi qrupda danışıqların “dalana dirəndiyini” bildirib. Mənbələr bunun Rusiyanın yeni baş danışıqçısı Vladimir Medinskinin ifadə etdiyi mövqelərlə bağlı olduğunu qeyd ediblər”, – deyə məlumatda bildirilir.

Vladimir Medinski kimdir?

Rusiya nümayəndə heyətinin yeni rəhbəri Rusiya Federasiyasının Tarix Təhsili üzrə İdarələrarası Komissiyasının sədri, mədəniyyət naziri və Rusiya liderini Vladimir Putinin köməkçisidir.

O, əvvəllər Rusiyanın Ukraynaya müdaxiləsi üçün tarixlə bağlı açıqlamalardan bəhanə kimi istifadə edirdi.

“Sky News” analitiki Maykl Klark qeyd edib ki, Medinskinin Rusiya nümayəndə heyətinə qayıtması Putinin Cenevrədə sülh danışıqlarında “heç nəyə nail olmaq istəmədiyini” göstərir.

Britaniyalı analitik Medinskinin özünü “Rusiya tarixini dəlicəsinə başa düşən” və bu mövzuda “hər kəsə mühazirə oxumaqdan” zövq alan “pis adam” adlandırıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!