Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 İyul 2026 / 17:16

Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək- SƏBƏB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, səfər zamanı C.Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq.

Zaxarova həmçinin vurğulayıb ki, XİN rəhbərləri Rusiya-Azərbaycan münasibətlərinin cari vəziyyətini və inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!