20 Aprel 2026 / 22:45

Chelsea FC Alejandro Garnacho ilə yollarını ayırır

İngiltərənin “Çelsi” klubu Alexandro Qarnaço ilə yollarını ayırmağa hazırdır.

Tezadlar.az “talkSPORT”a istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi 21 yaşlı cinah oyunçusunun performansından razı deyil.

“Zadəganlar” argentinalı futbolçunun 40 milyon avroya alınmasının səhv qərar olduğunu da etiraf edir.

Xatırladaq ki, 2025-ci ildə “Mançester Yunayted”dən heyətə cəlb olunan Alexandro Qarnaçonun müqaviləsinin müddəti 2032-ci ilin yayınadək qüvvədədir. O, cari mövsüm meydana çıxdığı 39 matçda 8 qolla yadda qalıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!