Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çin ABŞ-ın elan etdiyi dəniz blokadasına baxmayaraq, Hörmüz boğazından istifadə etməyi və energetika sahəsində İranla əməkdaşlığı davam etdirəcəyini bəyan edib. Tezadlar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun bildirib. Onun sözlərinə görə, Pekin regionda öz donanmasının mövcudluğunu saxlamaq və Tehranla enerji sazişlərini yerinə yetirmək niyyətindədir. Çin tərəfi həmçinin ABŞ-a ticarət gəmilərinin fəaliyyətinə müdaxilənin yolverilməzliyi barədə xəbərdarlıq edib. “Hörmüz boğazı mal və enerji daşıyıcıları üçün mühüm beynəlxalq ticarət marşrutudur və onun təhlükəsizliyinin, sabitliyinin, maneəsiz hərəkətinin təmin edilməsi beynəlxalq birliyin ümumi maraqlarına cavab verir”, – deyə Q.Tszyakun vurğulayıb.
Bu arada ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə Çin liderinin İran müharibəsinə son qoymaq istədiyini bildirib . Tramp qeyd edib ki, “Çinlə çox yaxşı münasibətlərimiz var. Si Cinpin müharibəyə son qoymaq istəyir”. Qeyd edək ki, bir neçə gün əvvəl CNN ABŞ kəşfiyyatına istinadən Çinin yaxın bir neçə həftə ərzində İrana yeni hava hücumundan müdafiə sistemləri çatdırmağı planlaşdırdığını bildirmişdi. Lakin Tramp o zaman Çinin bunu etsə, böyük çətinliklərlə üzləşəcəyini bildirmişdi.