Əsas məzmuna keç

Vens ABŞ-ın İranla bağlı planlarını açıqladı

ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, ABŞ-ın İranla danışıqlarda məqsədi nəticə etibarilə ikitərəfli iqtisadi münasibətlərin normallaşmasına gətirib çıxaracaq bir razılaşma əldə etməkdir.

Tezadlar.az xəbər verir ki, TASS agentliyi ondan sitat gətirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp “kiçik bir razılaşma” bağlamağa meylli deyil. Vens deyib: “O bildirib ki, əgər siz (İran hakimiyyəti) normal bir ölkə kimi davranmağa hazırsınızsa, biz də sizə iqtisadi cəhətdən normal bir ölkə kimi davranmağa hazırıq”.

O izah edib ki, bu, çox sadə bir təklifdir, lakin heç bir ABŞ prezidenti bunu etməyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…