8 May 2026 / 11:53

Çin internetdə brend mallar, sərvət nümayiş etdirənlərə qarşı sərt addımlara başlayıb

2026-cı ilin əvvəlindən bəri Çində onlayn lüks nümayişlərinə qarşı kampaniya daha sərt və sistemli hala gəlib.

Bununla əlaqədar olaraq”Tsinlan” proqramı iki il əvvəl işinə başlamışdı.

Onun məqsədi populyarlığı və trafiki ilə sərvətlərini nümayiş etdirən influenserləri nəzarətdə saxlamaqdır.

Görünür proqram işə yarayıb. Artıq son zamanlar tədbirlər daha da sərtləşib və milyonlarla izləyicisi olan bloqçular  sözün əsl mənasında bir gecədə qeybə çəkilməyə başlayıblar.

Əvvəllər hədəfləyici qadağalar tətbiq olunsa da, indi Çin platformalarında yeni texnologiyalar tətbiq olunur.

Çin mediasının məlumatına görə, Douyin, Weibo və Xiaohongshu-dakı ağıllı alqoritmlər avtomatik olaraq şəkillərdəki lüks brendləri tanıyır və bu cür paylaşımların əhatə dairəsini 90% azaldır və ya bloklayır.

2025-ci ilin oktyabr ayından etibarən Çində tibbi, hüquqi və maliyyə bloqları müvafiq diplom olmadan qadağan edilib.

Qayda pozunlara qarşı sərt tədbirlər görüləcək: hesabları bloklanacaq, yaxud da cərimələnəcəklər.

İndi brend nümayişçilərinin başı dərddədir…

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!