Əsas məzmuna keç

Cinayət kollegiyasının hakimi Tahir Kazımov dincəlməyə göndərildi- YENİLƏNİB

Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Tahir Kazımov təqaüdə göndərilib.

Tezadlar.az xəbər verir ki, tanınmış hakim yaş həddi ilə bağlı fəaliyyətini yekunlaşdırıb.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Tahir Kazımovun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, 2017-ci ildən isə Ali Məhkəmədə hakimlik fəaliyyətinə başladığını diqqətə çatdırıb.

Sonda T.Kazımov “Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı” ilə təltif olunub.

Qeyd edək ki, Tahir Kazımov prokurorluq orqanlarında işləyən vaxtlarda “OMON hadisələri”, “Oktyabr hadisləri” kimi səs-küylü cinayət işlərinin istintaq qrupuna rəhbərlik edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…