Əsas məzmuna keç

CNN: DAHA 10 UKRAYNALI PİLOT ABŞ-DA TƏHSİL ALMAĞA GÖNDƏRİLƏCƏK

Ukrayna qırıcı pilotluq bacarıqlarını qiymətləndirmək üçün ABŞ-a daha on pilot göndərəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə CNN hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

“Bu tədbir bizə imkan verir ki, ukraynalı pilotlara daha səmərəli olmaqda daha yaxşı kömək edək və onlara öz bacarıqlarını inkişaf etdirmək üçün daha yaxşı məsləhətlər verək”, – deyə rəsmi bildirib.

Onların artıq təlim keçmək üçün gəlmiş iki ukraynalı pilotla eyni bazaya göndəriləcəyi dəqiqləşdirilir.

Xatırladaq ki, martın 5-də Amerika KİV-i iki ukraynalı pilotun pilotluq bacarıqlarını qiymətləndirmək üçün Arizona ştatının Tucson şəhərindəki hərbi bazaya gəldiyi barədə məlumat yayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…