Əsas məzmuna keç

COP-27 İŞTİRAKÇILARI BU BARƏDƏ RAZILIĞA GƏLİBLƏR

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) Tərəflərinin 27-ci Konfransının iştirakçıları iqlim dəyişikliyindən itkilər və zərərləri kompensasiya etmək üçün inkişaf etməkdə olan ölkələr üçün fond yaratmaq barədə razılığa gəliblər.

Bunu bazar günü Misirin xarici işlər naziri Sameh Şükri Şarm əl-Şeyx şəhərində başa çatan COP-27-nin yekun iclasında çıxışı zamanı bildirib.

“Biz bu fondu yaratmaq üçün çox çalışdıq və bununla fəxr edirik”, – Şükri bildirib.

Onun sözlərinə görə, bu qərar ədalətlidir, çünki hazırkı “Afrikada bu fondun təsdiqlənməsi üçün sammit keçirilir”.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…