Əsas məzmuna keç

Corc Vaşinqton Universitetinin rəhbərliyi BANM-da – FOTO

ABŞ-nin Corc Vaşinqton Universitetinin rəhbərliyi BANM-da olmuşlar.
Tezadlar.az xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
“Corc Vaşinqton Universitetinin Qlobal akademik tərəfdaşlıqlar üzrə prorektoru Sevinc Məmmədova, Elliott Beynəlxalq Münasibətlər Məktəbinin dekanı Ben Hopkins, Təhsil və İnsan İnkişafı üzrə Ali Məktəbin dekanı Lionel Hovard və Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin dekanı Jason Zaradan ibarət nümayəndə heyətini Bakı Ali Neft Məktəbində qonaq etdik.
Nümayəndə heyəti ilə görüşümüzdə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması, akademik əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Qonaqlarımız BANM-in tədris və infrastruktur imkanları, laboratoriyaları, eləcə də Rəqəmsal Biliklər Liseyi ilə tanış oldular və burada yaradılmış müasir təhsil mühitini yüksək qiymətləndirdilər.
BANM-in akademik və inzibati heyəti ilə də görüş keçirildi və mümkün əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi apardıq.
Corc Vaşinqton Universitetinin nümayəndə heyətinin tələbələrimizlə görüşü də xüsusi maraq doğurdu.Tələbələrimiz qonaqlara onları maraqlandıran sualları ünvanladılar və maraqlı fikir mübadiləsi apardılar”, – rektor qeyd edib.
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…